Milli Söz Media

Ukraynanın dövlət borcu tarixi maksimuma çatıb

1 dəq oxuma
12 Baxış
Paylaş:
Ukraynanın dövlət borcu tarixi maksimuma çatıb

Ukraynanın dövlət borcu tarixi maksimuma çataraq 9 602.89 milyard qrivna, yaxud 215.55 milyard dollar təşkil edib.

Milli Söz bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

İdarənin məlumatına əsasən, avqustun 31-i vəziyyətinə görə, dövlət borcunun həcmi bir ay ərzində 1.37 milyard dollar artıb. Maliyyə Nazirliyi bu cür məlumatları əvvəlki dövrün göstəricilərini nəzərə alaraq hər ay dərc edir.

İyulun sonuna Ukraynanın ümumi borcu 9.572 trilyon qrivna (214.18 milyard dollar) təşkil edirdi. Bu məbləğdən xarici borc 7.299 trilyon qrivnaya (163.34 milyard dollar), daxili borc 2.011 trilyon qrivnaya (45 milyard dollar), dövlət zəmanəti olan borc isə 261.13 milyard qrivnaya (5.84 milyard dollar) çatıb.


Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!