Milli Söz Media

Ukraynaya yardım paketində ən böyük töhfəni Almaniya verəcək

1 dəq oxuma
4 Baxış
Paylaş:
Ukraynaya yardım paketində ən böyük töhfəni Almaniya verəcək

Almaniya NATO-nun Ukrayna üçün planlaşdırdığı 70 milyard avro dəyərindəki yeni yardım paketinə ən böyük fərdi töhfəni verməyə hazırlaşır.

Milli Söz xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib.

Nazir "Bild" qəzetinə müsahibəsində "Almaniyanın payı, şübhəsiz ki, ən böyük ayrıca töhfə olacaq", - deyə vurğulayıb.

Pistorius bildirib ki, Kiyev yalnız Avropa kreditləri hesabına deyil, həm də "yeni dəstək fondu" vasitəsilə kömək göstəriləcəyinə ümid edir. Bununla belə, almaniyalı nazir rəsmi Berlinin Ukraynaya dəqiq hansı məbləğdə vəsait ayırmağı planlaşdırdığını açıqlamayıb.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!