Milli Söz Media

Uqanda prezidentinin oğlu Türkiyədən 1 milyard dollar tələb edib

2 dəq oxuma
7 Baxış
Paylaş:
Uqanda prezidentinin oğlu Türkiyədən 1 milyard dollar tələb edib

Uqanda prezidentinin oğlu, ölkə ordusunun baş komandanı Muxuzi Kayneruqaba Türkiyə hakimiyyətindən 1 milyard dollar ödəməyi və respublikanın ən gözəl qadınını ona arvad olaraq verməyi tələb edib.

“Milli Söz” xəbər verir ki, o, bu barədə “X” platformasında yazıb.

“Türkiyədən gələcək 1 milyard dollara əlavə olaraq, mən bu ölkədəki ən gözəl qadınla evlənmək istəyirəm!' — deyə o vurğuayıb.

Yoveri Museveninin oğlu vurğulayıb ki, Uqanda ilə hərbi münaqişə baş verərsə, Türkiyənin “sağ qalmaq şansı yoxdur”. Onun fikrincə, onun dövlətinin tərəfində “İsa Məsih və Məhəmməd Əli” çıxış edir. Bununla yanaşı, Kayneruqaba əminliyini ifadə edib ki, İstanbulda onu “qəhrəman kimi” qarşılayacaqlar. O əlavə edib ki, yalnız nüvə silahı olan dövlətlərdən qorxur.

Ankaraya qarşı iddiaları ilə yanaşı, Uqanda ordusunun baş komandanı Yaxın Şərqdəki vəziyyətə də toxunub. O, Təl-Əvivin müdafiəsini təmin etmək üçün İsrailə “500 min ac insan” göndərməyi təklif edib.

Ehtimal olunur ki, Türkiyəyə qarşı bu tənqidi bəyanatlar iki ölkənin Somali məsələsi ətrafındakı gərgin münasibətləri ilə bağlı ola bilər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!