Yaxın Şərqdə ABŞ-nin bəzi hərbi obyektlərinin bərpası məqsədəuyğun sayılmır
İranın zərbələri nəticəsində Yaxın Şərqdə zərər görmüş bəzi Amerika hərbi obyektlərinin bərpa edilməsi məqsədəuyğun hesab olunmaya bilər.
Milli Söz xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti keçmiş amerikalı rəsmilərə və ekspertlərə istinadən bu barədə məlumat dərc edib.
Nəşrin məlumatına görə, son ayların hücumları Fars körfəzindəki iri ABŞ bazalarının yaxın mənzilli raketlər və pilotsuz uçuş aparatları (PUA) qarşısında nə qədər həssas olduğunu göstərib. Bu vəziyyət artıq Vaşinqtonu şəxsi heyətin və aviasiyanın bir hissəsini İsrailə, İordaniyaya və İrandan daha uzaqda yerləşən digər meydançalara köçürməyə məcbur edib.
"Bu obyektlərin bəzilərinin bərpa olunmasında böyük bir məntiq yoxdur. Əgər qərbə doğru yer dəyişməsi baş verməsəydi, çox təəccüblənərdim", — deyə ABŞ Milli Təhlükəsizlik Şurasının İran üzrə keçmiş direktoru Neyt Suonson bildirib.
FT qeyd edir ki, Pentaqonda artıq bir neçə ildir ki, iri daimi bazalardan qüvvələrin daha pərakəndə paylanması sisteminə keçid müzakirə olunur. Belə yanaşma kiçik forpostlardan və müvəqqəti aerodromlardan istifadəni nəzərdə tutur ki, bu da Amerika infrastrukturuna zərbələrin vurulmasını çətinləşdirməlidir.
Amerika Sahibkarlıq İnstitutu aprel ayında Yaxın Şərqin yeddi ölkəsində yerləşən 11 ABŞ bazasının bərpa xərclərini təxminən 5 milyard dollar dəyərində qiymətləndirmişdi. Bununla belə, müvafiq xərclər hələ ki Pentaqon tərəfindən İranla müharibənin rəsmi xərclər smetasına daxil edilməyib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!