Zelenski Tramp qarşısında şərt qoydu
1 dəq oxuma
17 Baxış
Kiyev Rusiyanın Ukraynanın infrastrukturlarını vurmaması müqabilində Moskva ilə qarşılıqlı şəkildə zərbələrdən imtina etməyə hazırdır.
Milli Söz xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Ukraynanın energetika sektoru, kritik infrastrukturu və ərzaq ixracı tədarükümüz artıq Rusiya üçün hədəf olmamalıdır və bu, bizim tərəfimizdən də müvafiq deeskalasiya addımlarına gətirib çıxaracaq", — deyə o qeyd edib.
Ukrayna dövlət başçısının bu bəyanatı Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla gözlənilən görüşü ərəfəsində dərc olunub.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!