Milli Söz Media

BƏƏ vətəndaşlarının İran, Livan və İraqa səfərlərini qadağan edib

1 dəq oxuma
8 Baxış
Paylaş:
BƏƏ vətəndaşlarının İran, Livan və İraqa səfərlərini qadağan edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki böhran fonunda öz vətəndaşlarının İran, Livan və İraqa səfərlərini qadağan edib.

“Milli Söz” xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Regionda baş verən son hadisələr fonunda BƏƏ XİN bildirir ki, ölkəmizin vətəndaşlarına bundan belə İran, İraq və Livana bütün səfərlər qadağandır. Bu ölkələrdə olan bütün BƏƏ vətəndaşlarına mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur”, — deyə xarici siyasət idarəsinin rəsmi saytında qeyd olunub.

Həmçinin qeyd olunur ki, nazirlik İranda, Livanda və İraqda olan BƏƏ vətəndaşlarını öz rifahlarını qorumaq üçün görülən ehtiyat tədbirləri çərçivəsində qurumla əlaqə saxlamağa çağırır. XİN qəbul edilmiş qərarın səbəbləri barədə məlumat verməyib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!