Bu gün — 26 fevral, Xocalı soyqırımının 34-cü ildönümüdür
Bu gün təqvimlər 26 fevralı göstərir. Azərbaycan xalqının qan yaddaşına silinməz hərflərlə yazılmış, bəşəriyyət tarixinə ən qəddar cinayətlərdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 34 il ötür.
1992-ci ilin o şaxtalı fevral gecəsində Xocalıda sadəcə bir şəhər deyil, insanlıq dəyərləri hədəf alınmışdı. Erməni silahlı birləşmələri tərəfindən törədilən bu soyqırımı nəticəsində 613 soydaşımız, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızlıqla qətlə yetirildi. Lakin bu gün bizim üçün Xocalını anmaq yalnız kədərdən ibarət deyil. Bu gün biz Xocalı anım gününü fərqli bir qürur hissi ilə qeyd edirik.
Artıq Xocalı azaddır! Müzəffər Azərbaycan Ordusunun qətiyyəti və xalqımızın sarsılmaz iradəsi sayəsində 30 illik həsrətə son qoyuldu. Xocalı səmalarında artıq qəm buludları deyil, azadlığın rəmzi olan üçrəngli bayrağımız dalğalanır.
Ən önəmlisi isə odur ki, Xocalıda silahsız insanlara, körpələrə qarşı o dəhşətli cinayətləri törədən, əlləri xalqımızın qanına batan canilər bu gün layiq olduqları cəzanı alırlar. Bir vaxtlar törətdikləri vəhşiliklərlə öyünən separatçı rəhbərlər və hərbi cinayətkarlar indi Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında diz çökərək cavab verirlər. Ədalət gec də olsa bərqərar oldu və hər bir cani törətdiyi əmələ görə qanun qarşısında cavab verir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!