Milli Söz Media

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək olsun!

1 dəq oxuma
37 Baxış
Paylaş:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək olsun!

Bu gündə, dünyanın hər bir yerində yaşayan azərbaycanlıları eyni ruh, eyni sevgi və eyni Vətən həsrəti birləşdirir. Həmrəylik bizim ən böyük gücümüzdür – tarixin ağır sınaqlarından keçmiş, sarsılmaz milli birlik və iradəmizin təcəssümüdür.

Harada yaşamağımızdan asılı olmayaraq, qəlblərimiz hər zaman Azərbaycanın rifahı, bütövlüyü və qüdrəti uğrunda döyünür. Bu birlik hissi il boyu evlərimizə, işlərimizə və mübarizəmizə yoldaş olsun!

Yeni il hər bir ailəyə can sağlığı, süfrələrə bolluq-bərəkət, bütün xalqımıza isə əmin-amanlıq və yeni zəfərlər gətirsin.

Birliyimiz əbədi, iradəmiz sarsılmaz olsun!

Bayramınız, mübarək!

Milli İradə Hərəkatı

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!