Erməni xizəkçiyə Azərbaycan cəzası: Sponsor loqosunu örtdüyü üçün cərimələndi
İtaliyada keçirilən "Tour de Ski" yarışında Ermənistan təmsilçisi Mikael Mikaelyan beynəlxalq qalmaqala imza atıb. İdmançı yarış geyimi üzərindəki rəsmi sponsor yazısı olan “Azerbaijan” sözünü qəsdən örtdüyü üçün pul cəzasına məhkum edilib.
Mikaelyan verdiyi açıqlamada idmanı siyasətdən ayrı tutduğunu iddia etsə də, "aqressiv mövqe sərgiləyən ölkənin adını üzərində daşıya bilməyəcəyini" bildirib. Ermənistan Xizək Federasiyası isə qaydaları pozan idmançını müdafiə edərək cəriməni öz üzərinə götürəcəyini bəyan edib.
Qeyd edək ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) rəsmi tərəfdaşı olan Azərbaycanın adını gizlətmək intizam pozuntusu hesab olunur. Qalmaqala rəğmən, erməni xizəkçi yarışı 92 nəfər arasında cəmi 72-ci yerdə tamamlayıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!