Hakan Fidan: Netanyahu bəşəriyyətin ümumi düşmənidir
İsrailin Baş naziri Benyamin Netanyahu "bəşəriyyətin ümumi düşməni və qlobal təhlükəsizlik üçün birbaşa təhdiddir".
Milli Söz xəbər verri ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Netanyahu bəşəriyyətin, beynəlxalq ictimaiyyətin və beynəlxalq təhlükəsizliyin ümumi düşməninə çevrilib. Bu səbəbdən beynəlxalq ictimaiyyət nəhayət indiyədək yerinə yetirmədiyi tapşırığı icra etməlidir: soyqırımda təqsirli olan bu cinayətkarı dayandırmalı və onun bundan sonra regiona, İsrailə, yəhudi xalqına və bütün dünyaya zərər vurmasına imkan verməməlidir", – deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri bəyan edib.
Fidan izah edib ki, İsrail liderinin həyata keçirdiyi və sərt işğalçılıq xəttinin davam etdirilməsinə yönəlmiş siyasət təkcə Fələstinə və bütün Yaxın Şərq regionuna nəhəng zərər vurmur, həm də İsrailin özünün sabitliyini sarsıdır.
Türkiyə XİN rəhbərinin fikrincə, İsrail hökumətinin əməlləri bütün beynəlxalq təhlükəsizlik sistemi üçün dönməz nəticələrə gətirib çıxarmadan beynəlxalq təsisatlar qətiyyət nümayiş etdirməyə və zorakılıq eskalasiyasını saxlamaya borcludurlar.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!