Milli Söz Media

İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldilər

2 dəq oxuma
11 Baxış
Paylaş:
İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldilər

İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün müvəqqəti dəniz dəhlizinin təşkil edilməsi və akvatoriyanın minalardan təmizlənməsi üzrə işlərin aparılması barədə razılığa gəliblər.

Milli Söz xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin avqustun 25-də "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş birgə bəyanatda bildirilir.

"Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpa edilməsi ilə bağlı ölkələrin məsləhətləşmələri zamanı İran İslam Respublikası və Oman Krallığı müvəqqəti birgə dəniz dəhlizinin yaradılması və boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi barədə razılığa gəliblər", – deyə sənəddə vurğulanır.

Bundan əlavə, iki ölkə boğazdan gəmilərin hərəkəti üçün daimi marşrutun yaradılması üzrə texniki danışıqları davam etdirəcək. Tərəflər, həmçinin gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün gələcək dəniz əlaqəsi idarəetmə sistemini, məlumat mübadiləsini və xidmətlərin göstərilməsini müzakirə etmək niyyətindədirlər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!