Paşinyan İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib
1 dəq oxuma
16 Baxış
"Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda məşəl yürüşü zamanı Türkiyə bayrağının yandırılmasını məsuliyyətsiz və qəbulolunmaz təcrübə hesab edir”.
“Milli Söz” xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
«Baş nazir Paşinyan belə bir təcrübəni pisləyir, onu məsuliyyətsiz və qəbulolunmaz kimi qiymətləndirir», — deyə o, «Armenpress» agentliyinə müsahibəsində bildirib.
Bundan əlavə, Baqdasaryan bayrağın yandırılmasını gərginliyi təhrik edən davranış adlandırıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!