Ərdoğan Ukrayna münaqişəsinin nizamlanması üçün mümkün hər şeyi edəcək
Ankara Ukraynadakı münaqişənin dinc yolla nizamlanması üçün əlindən gələni edəcək.
Milli Söz xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Cənab Putinlə ikitərəfli görüş keçirdik. Bu görüş əsnasında xüsusilə Rusiya və Ukrayna arasındakı hadisələrin inkişafını müzakirə etmək imkanımız oldu", – deyə o vurğulayıb.
Ərdoğan görüşü səmərəli və səmimi atmosferdə keçmiş görüş kimi qiymətləndirib. Türkiyə lideri Ankaranın regiondakı münaqişələrin dinc yolla həllində fəal rol oynamaqda davam etdiyini qeyd edib.
Bununla yanaşı, o vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinə təhdid yaratmamalıdır. Ərdoğan həmçinin xüsusilə Afrikada taxıl böhranının bərpa olunması əlamətləri barədə xəbərdarlıq edib və onun kəskinləşməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!