Rusiyada səyyar apteklərin fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır
1 dəq oxuma
8 Baxış
"Vahid Rusiya" partiyası Rusiya Federasiyası Dövlət Dumasına səyyar apteklərdə dərman vasitələrinin satışı üzrə eksperimentin keçirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.
Bu növ satışlara əsasən adi apteklərin fəaliyyət göstərmədiyi ucqar kəndlərdə və kiçik yaşayış məntəqələrində icazə veriləcək.
Rusiyanın minlərlə belə yaşayış məntəqəsində insanlar aptek şəbəkəsinin və səhiyyə xidmətlərinin yoxluğundan ciddi əziyyət çəkirlər.
Layihənin məqsədi xüsusi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri vasitəsilə dərmanların əlçatanlığını təmin etmək və əhalinin tibbi ehtiyaclarını qarşılamaqdır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!