Milli Söz Media

Türkiyədə yeni evlənən gənclərə böyük dəstək: 20 min manatadək yardım

1 dəq oxuma
3 Baxış
Paylaş:
Türkiyədə yeni evlənən gənclərə böyük dəstək: 20 min manatadək yardım

 Türkiyədə yeni ailə quran və maddi dəstəyə ehtiyacı olan gənclərə təxminən 19-20 min manat (təxminən 400.000 TL) dəyərində birdəfəlik maddi yardımın edilməsi planlaşdırılır.

Bu təşəbbüs ailə institutunun möhkəmləndirilməsi və gənclərin evlilik xərclərinin qarşılanmasına kömək etmək məqsədi daşıyır.

 Yardımın "Ailə və Gənclik Fondu" vasitəsilə, xüsusilə dövlət tərəfindən müəyyən edilmiş kriteriyalara cavab verən ehtiyaclı cütlüklərə verilməsi nəzərdə tutulur.

 Proqramın əsas hədəfi iqtisadi çətinliklər səbəbindən evliliyi təxirə salan gənclərə stimul vermək və demoqrafik artımı dəstəkləməkdir.

 Qeyd edək ki, bu məbləğin bir hissəsinin güzəştli kredit, bir hissəsinin isə birbaşa sosial yardım şəklində təqdim olunacağı gözlənilir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!