Vens İranla danışıqların bərpası üşün şərt qoydu
İran İslam Respublikasının hakimiyyət orqanları hələ də gəmilərə hücumları dayandırmağa cəsarət etmir ki, bu da Vaşinqton və Tehran arasında danışıqların bərpasına mane olur.
Milli Söz xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.
"Danışıqlar barədə sualınıza gəlincə, prezident çox aydın şəkildə bildirdi: onlar kommersiya gəmilərini atəşə tutmağı dayandırmayana qədər biz onlarla danışmırıq və danışmayacağıq", – deyə Vens Ağ Evdə keçirilən brifinq zamanı qeyd edib.
"İranlılar kommersiya gəmilərinə atəş açanda, təbiidir ki, bəzi gəmilər boğazdan keçmək istəmir. Lakin digərləri keçirlər. Təkcə dünən Hörmüz boğazından təxminən 15 milyon barel neft keçib. Bununla yanaşı, iranlılar hər gün öz imkanlarını itirirlər. Düşünürəm ki, onlar Hörmüz boğazı üzərindəki nəzarətlərini faktiki olaraq itirdiklərini və bu üstünlüyün tədricən yox olduğunu özləri də anlayırlar", – deyə Vens dəqiqləşdirib.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!