Milli Söz Media

Xamneyinin tonlarla qızılı Moskvaya daşıtması ilə bağlı xəbərlər yayılıb.

2 dəq oxuma
10 Baxış
Paylaş:
Xamneyinin tonlarla qızılı Moskvaya daşıtması ilə bağlı xəbərlər yayılıb.

 Britaniya kəşfiyyatının sızdırdığı məlumatlara görə, son günlər Rusiyaya məxsus yük təyyarələri Tehrandan iri həcmdə qızıl külçələri daşımağa başlayıb. Bu qeyri-adi hərəkətlilik İranda 11 gündür davam edən üsyanda rejimin artıq "çemodanlarını topladığı" iddialarını gücləndirib.

Mənbələr qeyd edir ki, xalqın bir çox şəhərdə nəzarəti ələ alması və SEPAH-ın geri çəkilməsi fonunda Xamneyi və yaxın çevrəsi dövlət xəzinəsindəki qızıl ehtiyatlarını təhlükəsiz ölkə kimi gördükləri Rusiyaya köçürürlər. Bu addım adətən çökməkdə olan diktatura rejimlərinin son "qaçış planı" kimi qiymətləndirilir.

 Analitiklər hesab edir ki, qızılın ölkədən çıxarılması həm də İran rialının tamamilə dəyərdən düşməsi və iqtisadiyyatın iflic olması ilə nəticələnəcək. Xalq arasında yayılan "Xamneyi qaçmağa hazırlaşır" xəbərləri etirazçıların əzmini daha da artırıb və küçələrdə qələbə ruhunu gücləndirib.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!