Yaponiyada elektrik enerjisi istehlakı xeyli aşağı düşüb
Əhalinin gəlirlərinin azalması və geopolitik sarsıntılar fonunda elektrik enerjisi istehlakını sağlamlıq üçün potensial təhlükəli səviyyəyə qədər azaltmağa məcbur olan yaponların sayı artır.
Milli Söz xəbər verir ki, bu barədə "The Japan Times" qəzeti Tsukuba Universitetinin profesoru Şiniçiro Okuşimanın tədqiqatlarına istinadən məlumat yayıb.
Son onillikdə Yaponiya energetik kasıblığın artması ilə üz-üzə qalıb. Buna 2011-ci ildə "Fukuşima-1" AES-də baş verən qəza, Ukrayna və İrandakı hərbi əməliyyatların enerji bazarlarında yaratdığı şok, həmçinin iyenanın zəifləməsi təkan verib. Okuşimanın məlumatına görə, bu gün Yaponiyada ev təsərrüfatlarının təxminən 10%-i energetik kasıblıq vəziyyətindədir.
"Food Bank Sendai" xeyriyyə təşkilatının könüllüsü Saori Kasahara bildirir ki, bir çox yapon bu və ya digər dərəcədə energetik kasıblıqla qarşılaşır, yəni onlar "qızdırıcı və qida" arasında seçim etməli olurlar, bir çox hallarda isə hər ikisini kifayət qədər təmin edə bilmirlər.
Energetik kasıblığa şərait yaradan əsas amillərdən biri yaponların aşağı gəlir səviyyəsidir. Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Yaponiya əhalisinin təxminən 15%-i "nisbi kasıblıq" şəraitində yaşayır.
Osaka Universitetinin müəllimi Hayato Koqa qeyd edir ki, enerji daşıyıcılarının qiymətinin artması və mənzil şəraiti də daxil olmaqla digər amillər də burada öz rolunu oynayır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!