ABŞ Tiuna hava bazasına zərbə endirdi: Nazir Vladimir Padrino Lopesin taleyi qeyri-müəyyəndir
ABŞ Hərbi Hava Qüvvələrinin Venesuelaya qarşı başlatdığı genişmiqyaslı "Cənub Nizəsi" (Southern Spear) əməliyyatı çərçivəsində paytaxt Karakasdakı strateji Tiuna (Fort Tiuna) hərbi bazası ağır raket zərbələri ilə hədəf alınıb. İlkin məlumatlara görə, zərbə anında Venesuela Müdafiə naziri Vladimir Padrino Lopesin də bazada olduğu bildirilir.
Hazırda nazirin vəziyyəti barədə ziddiyyətli xəbərlər gəlməkdədir; bəzi mənbələr onun ağır yaralandığını, bəziləri isə həlak olduğunu iddia etsə də, rəsmi Karakas hələlik bu barədə dəqiq məlumat verməyib. Tiuna bazası ilə yanaşı, La Karlota hava bazası və Higuerote aeroportu yaxınlığında da ard-arda güclü partlayışlar baş verib.
Venesuela ordusunun sərəncamındakı Rusiya istehsalı S-300 hava hücumundan müdafiə sistemləri ABŞ-ın raket və PUA hücumları qarşısında aciz qalıb. Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edərək xalqı "imperialist təcavüzə" qarşı səfərbər olmağa çağırıb. Karakasın bir çox hissəsində elektrik enerjisinin kəsildiyi və quru döyüşlərinin başladığı barədə xəbərlər yayılır.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!