Azərbaycandan Ermənistana növbəti neft tədarükü: Sülh gündəmində praktiki addım
1 dəq oxuma
8 Baxış
8 yanvar 2026-cı il tarixində Güzdək və Bakı yük stansiyalarından Ermənistana növbəti neft məhsulları partiyası yola salınacaq. Bu, iki ölkə arasında sülh prosesi çərçivəsində iqtisadi əlaqələrin bərpasının növbəti mərhələsidir.
Yükün tərkibi:
1 000 ton – "Aİ-92" markalı benzin;
1 000 ton – Dizel yanacağı;
1 800 ton – "Aİ-95" markalı benzin.
Tədarük tamamilə kommersiya xarakteri daşıyır və beynəlxalq bazar qiymətlərinə uyğun həyata keçirilir. Xatırladaq ki, ötən ilin dekabrında SOCAR tərəfindən Ermənistana ilk yanacaq partiyası (1220 ton) uğurla çatdırılmışdı.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!