Bayraktar AKINCI yeni Bozok və Kayı-30 sursatlarını uğurla sınaqdan keçirdi
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar AKINCI” TİHA növbəti döyüş sınaqları çərçivəsində “Bozok” və “Kayı-30” sursatlarını hədəfə tam dəqiqliklə zərbə endirməklə sınaqdan çıxarıb.
TÜBİTAK SAGE tərəfindən xüsusi olaraq PUA-lar üçün hazırlanan lazer başlıqlı “Bozok” mini-raketi yüngül çəkisi və uzaq məsafədən strateji hədəfləri məhv etmə qabiliyyəti ilə fərqlənir.
Sınaqlarda iştirak edən digər mühüm silah – “Kayı-30” sursatı isə AKINCI-nın zərbə arsenalını daha da genişləndirərək ordunun operativ imkanlarını artırır.
Bu sınaqlar AKINCI-nın fərqli çəki və funksiyalı yerli sursatları eyni vaxtda idarə edə bilmə qabiliyyətini və müasir rəqəmsal atış sistemlərinin etibarlılığını bir daha təsdiq edib.
Yerli istehsal olan bu sursatların inteqrasiyası Türkiyənin müdafiə sənayesində xarici asılılığını tamamilə aradan qaldırır və PUA-ların ixrac dəyərini daha da yüksəldir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!