Milli Söz Media

Maduro və həyat yoldaşı reper P.Diddi ilə eyni təcridxanada saxlanılırlar

1 dəq oxuma
8 Baxış
Paylaş:
Maduro və həyat yoldaşı reper P.Diddi ilə eyni təcridxanada saxlanılırlar

Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Florestanınmış reper P.Diddi (əsl adı Şon Kombs), eləcə də uşaqlara qarşı cinsi istismarda ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynə yardımda təqsirləndiriıən Gisleyn Maksvellin də saxlandığı ABŞ-nin Nyu-York şəhərində, Bruklin rayonunda yerləşən istintaq təcridxanasında yerləşdiriliblər.

Bu barədə "Axios" portalı xəbər verir.

Qeyd edilir ki, həmin təcridxanada "UnitedHealthcare" sığorta şirkətinin rəhbərinin qətlində şübhəli bilinən Luici Mannone və "El Çapo" ləqəbli meksikalı narkobaron Xoakin Qusman Loera da saxlanılır.

"NBC News" telekanalının məlumatına əsasən, Nikolas Maduro yanvarın 5-də Nyu-Yorkda hakim qarşısına çıxarıla bilər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!