Rusiya ordusunda süvari inqilabı: Atlar ön cəbhə təminatında əsas vasitəyə çevrilir
Rusiya-Ukrayna müharibəsinin gedişatında Rusiya ordusu tərəfindən atlardan istifadə halları genişlənərək sistemli xarakter almağa başlayıb. Artıq süvarilər yalnız arxa cəbhədə deyil, həm də ön xəttin ən təhlükəli nöqtələrində logistik və döyüş tapşırıqlarını yerinə yetirirlər.
Xüsusilə Donetsk və Xarkov istiqamətlərində fəaliyyət göstərən rus bölmələri ağır texnikanın dronlar tərəfindən asanlıqla hədəf alınması və yanacaq qıtlığı səbəbindən "atlı loqistika"ya üstünlük verirlər.
Atlar mühərrik səsi çıxarmadığı üçün kəşfiyyat dronları tərəfindən aşkar edilməsi texnikaya nisbətən daha çətindir.
Heyvanlar istilik və ya radio dalğaları yaymadığı üçün müasir termal və elektron kəşfiyyat vasitələrindən yayınmağa kömək edir.
Yol olmayan ərazilərdə, meşəliklərdə və minalanmış sahələrdə atlar zirehli maşınların keçə bilmədiyi yollarla ön xəttə sursat və qida çatdırır.
Rusiyanın "Shtorm" kimi xüsusi bölmələrində atların atəş və partlayış səslərinə öyrəşdirilməsi üçün mütəmadi təlimlər keçirildiyi bildirilir.
Hərbi ekspertlər qeyd edirlər ki, 70 il əvvəl ləğv edilmiş süvari qoşunlarının geri qayıtması müasir texnologiyaların (dronların) döyüş meydanında yaratdığı çıxılmaz vəziyyətlərə qarşı bir cavabdır. Lakin buna baxmayaraq, atlı bölmələr də Ukraynanın kamikadze dronlarının (FPV) hədəfinə çevrilməkdən tam sığortalanmayıblar.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!