Venesuela Müdafiə naziri ortaya çıxdı: Təslim olmayacağıq!
ABŞ-ın Karakasdakı iqamətgahını hədəf aldığı iddia edilən Venesuela Müdafiə naziri Vladimir Padrino Lopes, Prezident Nikolas Maduronun ələ keçirilməsi xəbərlərindən dərhal sonra sosial media vasitəsilə müraciət yayıb. Nazir sağ-salamat olduğunu nümayiş etdirərək, ordunun hələ də Maduronun əmrlərini icra etdiyini bildirib.
Padrino Lopes öz bəyanatında bu hücumu Venesuelaya qarşı "ən ağır təcavüz" adlandırıb və Silahlı Qüvvələrin (FANB) bütün ölkə boyu döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan edib. O, ABŞ-ın psixoloji müharibə apardığını vurğulayaraq, "Bizi vura bilərlər, amma diz çökdürə bilməzlər. Heç kimlə danışıqlar aparmayacağıq və təslim olmayacağıq!" - deyə qətiyyətli mövqeyini ifadə edib.
Nazirin bu çıxışı Maduronun həbsindən sonra ordunun dağılacağı gözləntilərinə qarşı bir cavab kimi qiymətləndirilir. Hazırda Karakasda ordu bölmələri strateji nöqtələri qorumağa çalışır, ABŞ-ın isə quru əməliyyatını genişləndirmək üçün şəhərə əlavə desant qüvvələri endirdiyi bildirilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!