Milli Söz Media

Yalovada İŞİD terrorçuları ilə şiddətli atışma: 7 saatdır davam edir

1 dəq oxuma
8 Baxış
Paylaş:
 Yalovada İŞİD terrorçuları ilə şiddətli atışma: 7 saatdır davam edir

Türkiyənin Yalova vilayətinin Elmalık kəndində İŞİD terrorçuları ilə polis arasında silahlı atışma baş verir.

İddialara görə 4 polis həlak olub, 5 polis isə yaralanıb (digər məlumatlara görə 7 yaralı var).

 Kəndə giriş və çıxış tamamilə bağlanıb.

 Əraziyə çox sayda polis xüsusi təyinatlı dəstəsi və zirehli texnika yeridilib.

 Kənddə elektrik enerjisi dayandırılıb və məktəblər bağlanıb.

 Atışma zonasına yaxın yaşayan sakinlər təxliyə edilir.

 Atışmanın təxminən 7 saatdır davam etdiyi bildirilir.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!