Yaxın Şərqdə ABŞ və İsrail qüvvələri möhkəmləndirilib
Yaxın Şərqdə ABŞ və İsrail qüvvələri möhkəmləndirilib
ABŞ və İsrailə məxsus 500-dən çox zərbə təyyarəsi və 200-ə qədər hərbi hava vasitəsi Yaxın Şərqdə yerləşdirilib. Onlar mümkün İran zərbəsinə qarşı hazır vəziyyətdə saxlanılır.
DefenceGeek-in məlumatına görə, bölgədə cəmləşdirilmiş qüvvələr:
100 ədəd beşinci nəsil qırıcı – F-22 və F-35
100 ədəd yanacaqdaşıyan tanker təyyarə
20 ədəd uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə sistemi – AWACS
18 ədəd radioelektron mübarizə təyyarəsi
Onlarla kəşfiyyat və xüsusi təyinatlı hava vasitəsi
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə esmines və aviadaşıyıcıların aviasiya qanadları
Bütün bu qüvvələr regionda mümkün eskalasiya ssenarisinə qarşı operativ hazırlıq vəziyyətindədir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!