Avropada müharibə hazırlığı: Polşadan vətəndaşlara həyəcan xəbərdarlığı
Milli Sözün Avropadakı nümayəndəsinin verdiyi məlumata görə, Polşa və qonşu ölkələrdə müharibəyə hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.
Rusiya ilə gərginliyin pik həddə çatdığı bir vaxtda Polşa Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə hərəkətə keçib. Ölkə daxilində vətəndaşlara fövqəladə hallar və mümkün hərbi münaqişə zamanı davranış qaydalarını əks etdirən təlimat məktubları paylanmağa başlayıb.
Rəsmi təlimatda hər bir ailəyə ən azı 3 günlük içməli su və qida ehtiyatını hazır saxlamaq tapşırılıb. Həmçinin, evlərdə ilk tibbi yardım çantaları, fənər, radio və nağd pul ehtiyatının olması vacib şərt kimi qeyd edilib.
Nəqliyyatla bağlı xüsusi xəbərdarlıq edilib ki, avtomobillərin yanacaq çənləri hər zaman dolu saxlanılmalıdır. Bu, təxliyə ehtiyacı yarandığı təqdirdə tıxaclarda və yanacaqdoldurma məntəqələrində yaranacaq xaosun qarşısını almaq məqsədi daşıyır.
Polşa rəsmiləri bu addımın panika yaratmaq üçün deyil, milli təhlükəsizlik və hazırlıq səviyyəsini artırmaq üçün atıldığını bəyan ediblər. Bənzər hazırlıqların Baltikyanı ölkələrdə də sürətləndiyi bildirilir.
Yorumlar (0)
Şərh yazın
Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!