Milli Söz Media

Nikol Paşinyan dəmir yollarının təcili bərpası üçün Rusiyaya müraciət edib

1 dəq oxuma
9 Baxış
Paylaş:
Nikol Paşinyan dəmir yollarının təcili bərpası üçün Rusiyaya müraciət edib

 Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı tərəfdaşlarından strateji əhəmiyyət kəsb edən bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib.

Məlumata görə, söhbət Yerasxdan (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xətlərindən gedir.

Bu addım bölgədə nəqliyyat kommunikasiyalarının açılması və regional iqtisadi əlaqələrin canlandırılması istiqamətində növbəti cəhd kimi qiymətləndirilir.

Dəmir yolu xətlərinin bərpası Ermənistanın həm Azərbaycan (Naxçıvan), həm də Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinin qurulmasına şərait yarada bilər.

Yorumlar (0)

Şərh yazın

Hələ şərh yoxdur. İlk şərh yazan siz olun!